DİQQƏT:
Kenquru Beynəlxalq Riyaziyyat müsabiqəsində bütün yaş qrupları cavab kartlarından istifadə edəcək. Bu səbəbdən xüsusilə də aşağı sinifdə oxuyan övladlarınıza və şagirdlərinizə CAVAB KARTININ doldurlması ilə bağlı aşağıdakı tələbləri əvvəlcədən izah etməyiniz xahiş olunur:

  • Cavab kartı göy və ya qara diyircəkli qələmlə doldurulmalıdır. Başqa rəngli qələmlə və ya karandaşla doldurulan cavab kartları etibarsız sayılır.
  • Kodlaşdırma edərkən dairənin içinin tam doldurulmalıdır. Dairəni tam doldurmaq əvəzinə fərqli üsullarla dairəyə işarə qoymaq məlumatların və cavabların oxunmamasına səbəb olacaq.
  • Eyni şaquli xanada birdən artıq dairənin qaralanması həmin xanadakı məlumatın (hərfin) və ya cavabın oxunmamasına səbəb olacaq.
  • Cavab kartını çap etmək üçün şəklin üzərinə klikləyərək şəkli yükləyə bilərsiniz.
Doldurulmuş Cavab Kartı Nümunəsi
Boş Cavab Kartı Nümunəsi